2019-cu ilin 8 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti orqanlarına, eləcə də DOST Agentliyinə 126 min 500-dən çox vətəndaş müraciət edib. Elektron müraciətlər nəzərə alınaraq vakant yerlər üçün uyğun olan 65 mindən çox şəxs özəl və dövlət müəssisələrində işlə təmin olunub. Gələcəkdə isə vakansiyaların sayının artırılması nəzərdə tutulur.

Əhalinin məşğulluğunun təmin edilməsi bununla yekunlaşmır. Dövlət tərəfindən peşə sahələri üzrə təcrübəsi olmayan 1190 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib. Burada təhsil alan vətəndaşların öz sahələri üzrə gələcəkdə iş tapmaları daha da asanlaşır. Eyni zamanda 3 aylıq təhsil müddətində onlara təqaüdlər verilir.

Vətəndaşların işlə təmini sahəsində “DOST İş Mərkəzi” MMC tərəfindən həyata keçirilən “İşsizin DOSTu” proqramı da böyük rol oynayır. Layihə çərçivəsində bu ilin 8 ayında 44 min nəfər əmək müqaviləsi əsasında ödənişli ictimai işlərə cəlb olunub. 4 min 500-dən çox vətəndaş isə “Özünüməşğulluq proqramı”na qoşulub.